Yaxalar ölüm məni

Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
ürəyim titrəyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Otağımda namaz qılar qəsdən
Əri ölmüş Ayişə bibim
Bəzənər, qırcanar və nazlanar Tanrının önündə
qeyrətim coşar!
Gözlərimin içi tərlər hırsımdan, yanaram
Və dizə çökər
dizə çökər tanrının önündə fahişə bibim, qısqanaram
Halada sümüyü tirtrər məzarda anamın
35 il öncəsini xatırladar ap-aydın
Otanar qız körpəsindən,
Qoynunda gizlədər bir bax!
Və hırıldar bibim
Və guruldar bibim- oğlan doğmuş-
Guruldar buludlar kimi şax-şax!
Yaxalar цlьm məni,
düşün məni bu halımda
düşün bir azda olsa...
yaxalar ölüm məni
Yaxalar məni ölüm
Və əjdəhadır,
Qan gölündə çimdirər məni gər gün
Didib də utar
Qurtar məni, gəl də məni qurtar
Qulun olaram gülüm!
Evdən qaçdım bir səhər
15 yaşım varkən də qaçdım
Daş duvar tikərdik Mustafa və mən
Qarın əkməyinə, qarın yeməyinə işlərdik
Barmaqlarımız göyərdi Duzal-ın sazağında, yorulurduq
Və qovruldu ətimiz Qulan-ın istisində, pişərdik
Cəfə çəkdik cəfa!
O axşam darıxırdı Mustafa
Dişarı çıxdı,
hüzündən gözləri dolmuçdu
qayıtmadı bir daha
Və sonra vay hayını dinlədik Culfa-da
ölmüşdü- Araz-da boğulmuşdu gözü yaşlı Mustafa
Bə hara getdi,
Hara getdi 13 yaşlı Mustafa?

Və zindanı xatırlaram
Əlim-gözüm bağlı
Və beş qarış quru yer
qstümə bağırar müfəttiş
başım gicələr
və beynimi dələr sorğular birər-birər
Bir selloldaydıq İsmayıl və mən
qarısı ac və uşağı çılpaq gəzər məhəlləni
çörək oğurluğunda tutulmuş
Və həmən basıldı İsmayıl
Ax, nə günlər gördük!
Can verdik, qan qusduq, ömьr sürdük
Və sonra elanını gördüm duvarlara vurulmuş:
Boğarçığından asıldı İsmayıl!
Aaaax, nə hüzünlər dördük
Atılmış yavrusun gördüm,
Divarlar bucağında
Satılmış qarısın gördüm
Kişilər qucağında!

Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyyər əllərimdə
Titrəyər də gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa


Qanı qanla yuyacağız
Odu odla söndürəcəyiz
kimə nə?
Lap da belə başımızı qaldırıb,
Göyə tüpürəcəyiz ağız-ağız
Bir də,
Qanı qanla yuyacağız.
Heyvan deyilik ki
Bəlli ki sevməyi də bacarırız bir az
O dur... çət otağında mənə hazırlanan qız!
Biz böylə bir əcayib insanız!
Kimisinə üzük qaşıdır
Bacımın dum-duru gözləri
Kimisinə biçaq sapıdır
Qardaşımın sümükləri
Kimisinə sap bəzəyidir
balamın dişləri
Kimisinə şallaq hörüldü anamın saçları
Kimisinə şərab piylasıdır
Babmın baş kasası
Kimənə heyyy,
Vətəni bir qəpikə satan PAN-ız
Biz böylə bir əcayib insanız!
Şüşə-şüşə çaxır
serium vurulur damarlarıma hər gecə
Odur ayağım axır
Odur beynimdən yağ kimi əriyib,
Ağzıma damlar düşüncələr
Odur kağız üstünə qan qusduğum şeir
Ürəyim bomba qurulub köksümdə,
çəkil yanımdan qız!!!
Biz böylə bir əcayib insanız!

Hanı Yaratdığım Tanrı ?!

Burax məni burax,
çək get işinə oğlan,
Burax partdadalım bu SİSTEMİ bir bax!
Hey hey...
Günəş, qığılcımdır ürəyimdən çaxmış.
Hey hey...
Ay, tozdur üstmdən qalxmış.
Sənin də ciyərin varsa çax
Haydı, sənin də ürəyin varsa qalx
çək get işinə oğlan,
Burax partladalım bu SİSTEMİ burax!

DEDIM BƏ BAXMA QIZ!

Öyləsinə baxma
Baxma
Dedim bə baxma qız!
Kim sənə küs dedi?
Kim səni qucağimdan qopardı?
Hansı gecə ,
Hansı gündüz,
Və necə də gözlərimdən gizlicə,
ürəyini apardı?
Titrəyən əllərimi buraxma
Buraxma
Dedim bə buraxma qız!
Kim sənə sus dedi?
kim səni yatırtdı xabına
Və anılarımızı beynindən süpüdü?
Qaç kərə dişlərini sıxdın?
qaç kərə əzildin,
qaç kərə dodaqların yerə tüpürdü?
Dizlərin titrəməsin bir daha
Ayağın büdrəməsin
Züyüb də axma
Axma
Dedim bə axma qız!
Hər ikimiz suçluyuq
Hər ikimiz axmaqız!
Kimlərə açı verdin
Sım-sıxı qoynunu?
Kimlərə maçı verdin
Qarşımdakı bükülmüş boynunu?
Yetməzmi?
Saydıqlarım bəs etməzmi?
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
heç də qayıtma nə olar?
ayrılığı mənə şər yaxma
Yaxma
Dedim bə yaxma qız!
Hala da şəkilin gözlərimdə
Hala da barmaq izlərin saçlarımda
Hala da otağımda qalır
Əksini duvardan tərsinə asdığım
Hala da səni qoxuyur
Gecələri sarıldığım yorqan
Və gündüzləri bağrıma basdığım
O cım cılaq yasdığım
Buraxıb da get
Durarsan gözlərim dolar
çəkib də buranı tərk et
Heç də qayıtma nə olar?


Bu şer sonulur Süleymanoğlu-ya

Adımı sorsanız,
mənim adım Heç Kim
Günəş kölgəsi də deyə bilərsiniz əfəndilər
bəri bax, bəri
gözlərinizə göstərdim bütün görəməzlikləri
qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri
şeir fəlsəfəm olmazınlar üzərində qurulmuş
ha belə bir də,
ürək sözüm yazmadığım şeirlərdə
Adımı sorsanız
mənim adım Heç Kim
Sükutun səsi də deyə bilərsiniz əfəndilər
haqqınızı yediyim doğrudur
24 il artıq yaşadım
danmıram ki
180 sant artıq dikəlmişəm
kəsin hər yerimi, sizin olsun
danmayıram ki
60 kilo artıq kökəlmişəm
kəsin ətlərimi, sizin olsun
sümük kimi sızladığım
ürək kimi göynədiyim yetər
ha belə bir də
hırsımdan dırnaqlarımı biləklərimə qədər çeynədiyim yetər
Adımı sorsanız
mənim adım Heç Kim
su ləkəsi də deyə bilərsiniz əfəndilər
“əyilib gözlərimin içinə baxıram”,
yalanlarımı çıxarmaq üçün
axı,
hansı ölü mənim kimi yata bilər?
Yatdım da büsbütün
hansı fahişə ürəyini də sata bilər?
Satdım da büsbütün
hansı dəli mənim kimi qata bilər?
Qatdım da büsbütün

Saqın aldanmayasan ha!
Kövrəlmə göz yaşıma
gizlicə gülməyim gəlir
burax məni tək başıma
bu gecə ölməyim gəlir
Adımı sorsanız mənim adım Heç kim
şeytan nütfəsi də deyə bilərsiniz əfəndilər...

Hanı Başımdakı Nəşə?
Hanı başımdakı nəşə?
Hanı ömrümü sunduğum peşə?
Hanı Anam kimi sevdiyim fahişə?
Hanı polislər, Kişi sümüyündən yonulmuş batom bellərində
Qadın saçından hörülmüş şallaq allərində
Hansı dilə gəlməz söyüş dillərində
Hanı hökümətdən qorxum?
Mənim heç kimim olmadı
Anam olmadı
qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim
Nə yazıq kəndimi ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
Tanrımı fəlsəfə soxaqlarında itirdim bir gecə
yalnızam
ömrümü bitirdim bir gecə,
yalnızam
Boşluğa yetirdim bir gecə
yalnızam
Sünnətdə insanlıq var, insan yox
Modernitədə insan var, insanlıq yox
Heç bir məktəbə erəmədim ki!
İmansızlığa iman gətirdim bir gecə
yalnızam
Hanı başımdakı nəşə?
Hanı darısqal küçələr
Hanı qaranlıq gecələr
Hanı gözlərinə vurulduğum fahişə,
Hanı?

Mən Bir Şairəm Sadəcə

Mən bir şairəm sadəcə
Filosuflar gözəlliyi düşünmək istər
Mən isə yaşamaq
Soyun mənə bir gecə
özünü göstər
Saqın aldanmayasan ha!
Araşdırıcılar çiçəyi didir burada
Alvercilər kəpənəklarin leşin
şamla mumya edir burada
Saqın aldanmayasan ha
Günəşi özlüyündə sevən yox ki
Günəşin batmağına üzülməyir bir kimsə
Qaranlıqdan bezirlər sadəcə

Mən bir şairəm sadəcə
filosuflar gözəlliyi düşünmək istər mən isə yaşamaq
soyun mənə bir gecə
özünü göstər

Sonra Sən Doğuldun

sonra sən doğuldun
Mənim yalqızlığıma
Açıq desəm doğrusu,
Ananın bətnindən qoğuldun
Biz yatmadan, tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
Və, qeyrət bazarında
Bir paraya satılmış namuslar gördük
Boş ver canım!
Tanrının gözündən düşmüş,
Ananın bətnindən qoğulmuşlarıq biz
boş ver canım
ölьmə doğulmuşlarıq biz
Biz yellərcə özgür- quularca azad
Məhbuslar gördük
Tribon arxasında
Yaşamı Veto edir bir səs
Umid verir intihara
“Kimsəyə bu geniş dünyada qəbir azlığı yox “
bağırır nəfəs- nəfəs
Tribon arxasında xırıltılı bir səs
Alın yazım yarımçıq qazılıb canım
Və taleyimin son səhifələri
Ağ- appaq buraxılmış
Biz ölmədən qəbrimiz qazılıb canım
Son çabamızdır bu zəhərli havadan nəfəs çəkməyə
23-ildir boğulmuşlarıq biz
ölmüşük,
dirilməyə umid yox
23- ildir doğrusu
ölü doğulmuşlarıq biz
Boş ver canım
Atamın qurumuş leşin
Otağımdan zibil kimi süpürə bilməm
Anamın döşündən əmdiyim sütü
qaytarıb- üzünə tüpürə bilməm
Içərim qorxularla dolu
olum qorxuludur
Yaşayış ondan da qorxulu!
Dəlitək bir ömьr sürdük
Kimsə bizi anlamaz
Biz yatmadan
Tam ayıqcasına
Ən dəhşətli kabuslar gördük
biz
yellərcə özgür məhbuslar gördük
biz
satılmış namuslar gördük!
Biz…

SORĞU DOLU GÖZLƏRINƏ BAXDIM
Sorğu dolu gözlərinə baxdım
Suçlu insan keçmişinə baxan kimi
Bilmirəm gec doğulduq- yoxsa tez
Bir əsirdə sevişdik ki
Qadının qolundakı bilərzik
Ac ərinin gözün qamaşdırır
Bir əsirdə ki, kor əlindən çəlik oğurlayırlar

ölü qadının leşinə şəhvətlə baxırlar
Uzaqlardan gəlirəm
Sənə ətək dolu hədiyələrlə
Mənə su ver, dodaqlarım çat-çat olmadan,
O sudan ki ,
Göyərçinlərin başın üzmədən Onlara verərlər!
Uzaqlardan gəlirəm
Ətək dolu hədiyələrlə
Sənə kamança vermək istəyirəm
Qolu qardaşımın sümüyündən,
Kasası babamın baş kasasından
Telləri
Bacımın saçlarından
Ve sədəfləri
Anamın dişlərindəndir
…… bir əsrdə ki
şairin ömürlük çalışması
üз зərək kəfən dəyərini ödəyə bilmir
Və qəbirqazan əməyi, ondan artıqdır
Sənə hədiyə vermək istəyirəm
İnan ki cetlərin uçuçuna mane olmasaydı
Hər axşam
Ağ göyərçinlərlə
Sənə sevgi dolu məktub da göndərərdim
Bu əsrin sevgisinə,
Bir baxış yetər
Və ən gözəl sevgilər nədənsizdilər
Bir əsirdə ki,
Qızılı odla
Qadını qızılla,
Və kişini qadınla, sınamaq,
Ən dəyərsiz işdir.
He…y…yy
Sizinləyəm qorxaq insanlar
He……y
Qorxudan suçsuz yaşayanlar
Və günah həsrətini özləriylə gora aparanlar!
Siz tanrıdan qorxdunuz
Və tanrı sizdən
Mən ki,
pis ilə yaxşı-
Aydıncasına içimdə çarpışır
çiynimdə dar ağacın daşadım
Məsih, səlibin Colcota təpəsinə daşayan kimi
Həm də yaşadım
Yəhuda yaşayan kimi
Yapdığım suçlardan
Nə utandım
Və nə qorxdum
Mənim ki ən gözəl
Eyni halda ən böyük günahım Sevgidir

YUXULARIM DOĞAL SİNEMA
Yuxularım doğal sinema
Və sən kabuslarımın artisti
Gül mənə, dəlicəsinə gül
Dişlərin üzümə itilmiş mişar kimi
Kəs gövdəmi
Min yerə böl
Yaralı köksümdən fidanlar Baş qaldırmada
Yenə də
Tanrı ilə əl-birəm cinayətə
Yani addım addım intihardayam
Və sənin fantastik əllərinlə
Dar kəndirin boynuma saldırmada
o……vvffff
əllərin nə sərin!
Kabuslarım ara
öz əlim gövdəmə toxunduqda
diskinib – ayılıram.
Bu da yeni bir fəlsəfə:
Mən qorxuram, Bə varam,
şeirlərim siyasət baram.
Gövdəm boydadır içimdə yaram.
..... yenə şeirdən dustaq tikmədəyəm
Kəlmələr daşı çiynimdə
çüşidli pilanlar beynimdə
Qaraqul kimi, Heç bir örtük əynimdə
23- il üzümü duvara söykədim.
Gözlərimdə qızlığı getmiş bir uşağın utanması,
ürəyimdə Lezbiyənların vəhşi öpüşündən sıcaq
Bir odun yanması
o……vv
üşürəm ancaq
12 yaşlı bir oğlan varmış
Taza ayılmış
Birinci kərə içində sevgini bulmuş,
Köylərinin fahişəsinə vurulmuş
12 yaşlı oğlan varmış bir zaman
Anası da ona əl verməyə qısqanarmış
Kimisi qanına susamış
Kimisi ətinə yerikləmişHamıdan qaçarmış bir zaman

bəri bax , bəri
sağduşum – solduşum fahişələr
yanı tanrının dişi elçiləri
Heç bir suçum olmadan yaşamağa məhkumam
Və səni sevməyə
Nəfəs dərmədən düşünmək zorundayam
Və ayılmaq təhlükəsində
........yuxularım doğal sinema
Və sən
Kabuslarımın artisti

BİR ZAMAN ÜZÜLƏRDİN BİRAZ

Bir zaman üzülərdin bir az
Heç nə olmadan ağlardın
Təkcə ürəyimi kövrətmək üçün
Təkcə Səni adicə qucaqlayıb
utancaq kəndini kəndimə öyrətmək üçün
omuzlarıma qoyardın başını
Tökərdin gözlərinin saxta yaşını
Oğunub- gülərdin bir az
Bir zaman üzülərdin bir az
Səni qonaqlardım bir ğecə
Bəbəyimcə sevdiyim kitablarımı
Bir qarın yeməyə satardım gizlicə
Ama sən,
İçərin, dışarın kimi
Məni qonaqlardın bir gecə
Sonra cibindəki yavan çörəkdən, sadəcə
Mənimçün bölərdin bir az
Bir zaman üzülərdin bir az
Uşaq kimi əllərimi köksümə döyərdim
Sevgimizi böyüklərə yox, halal süd içmiş uşaqlara öyərdim
Qışın şaxtasında
Əngi yaxasına keçmiş uşaqlara:
"Bilirsinizmi? çiçək od parçasıdır“ -Deyərdim
Mən səni dəlitək sevərdim
Sən də mənimçün ölərdin bir az
Bir zaman üzülərdin bir az
Sonra böyüdün
Doğrusu
Böyük olduğunu duydun
Və öyrəndin
Böyüklərə uşaq qalmağın yaramadığın
Olsun Çiçək
Heç də önəmli deyil
Məni bu halımda aramadığın
Kim səni qucağımdan qopardı?
Hansı anmazın birisi,
ürəyini apardı?
Nankorluq mənim kimisinə yapılarmı?
Bir də dunyanı gəzəsəm
Sənin kimisi tapılırmı?
Qanını içib keflənimmi bunca?
Ciyərlərini məzə edimmi doyunca?
Olsun Çiçək
Böyüdükcə unutdun ki
Mən səni sevərdim dəlitək
Sən də mənimçün
ölərdin bir az