Haydi durma gəl


Haydi durma gəl

Hanı anmazın qarşıma çıxdığın?
Hanı tər-tər canımın köynəyin sıxdığın?
Dağırtdım baxışlarımı gözlərinin dibində
Haydi yetər,
Hanı evimi başıma yıxdığın?
Və sonra məni öylə qərib,
Öylə yetim, bir kanara buraxdığın!
Heç nəyi sorma gəl.

Hey şərəfinə dəniz-dəniz içdiyim
Hey özümdən addım-addım içdiyim,
Yat üstümə toz kimi,
Qıvrıl boyuma sarmaşıq-sarmaşıq
Açıl önümdə roz kimi
Axı kim səni boyuma biçdi?
Axı kim səni mənə seçdi?

Sal canıma gözlərini
Yırt məni üzümə itilmiş gözlərinlə
Üz məni bacardığın işlərinlə
Haydı məni yorma gəl!
Hanı bəs hanı?
Haydi adamlığımı ayaqlarına tökdüyüm
Dadızdır mənə havvalıq dadını
Göstər mənə almanın qırmızlığını
Göstər mənə qızlığını!
Kim səni mənə dərdi?
Kim səni mənə qabıq soydu?
Axı kim səni ətəyimə qoydu?
Şeytana əlifba öyrədir suçsuzluğun
Ən böyük yalanı söyləyir düzlüyün
Tanrını üstümə qurma gəl
Bəxyə vurulur gözlərimə kipriklərim
Səndə məni vurma gəl
Haydı tez ol
Yax üstümə canının şirəsin
Vur çatlasın sümüklərim
Vur dağılsın iliklərim
Sil üstümdən bu kəsafəti
Aç gözlərini
Eşit sükutumun səsini
Axı kim səni mənə seçdi?
Axı kim səni boyuma biçdi?